Bizi izləyin

Müsahibə

Qurban Qurbanov: “Mənim üçün idman prinsipləri önəmlidi”

AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından…

blank

AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra komitə üzvü Qurban Qurbanov brifinq keçirib. Futbolinfo.az xəbər verir ki, milli komandamızın və “Qarabağ”ın baş məşqçisi bir çox məsələlərə toxunub.

– AFFA İcraiyyə Komitəsinin iclasında verilən qərarlar barədə siz nə düşünürsünüz? Nəyi doğru, nəyi yanlış hesab edirsiniz?
– Bugünkü iclasda öz fikrimi dedim, təkliflərimi bildirdim. Təəssüf ki, bizdən asılı olmayan nüanslar var. Əvvəlki vaxtları, Mübariz Mənsimovun, Hafiz Məmmədovun dövrünü yada saldıq. Həmin klubların maliyyə durumunu, bu baxımından necə inkişaf etdiklərini müzakirə etdik. Ancaq bu gün 5 komandanı AFFA maliyyələşdirir. Hamı başa düşür ki, komandaların sayı çoxalmalıdı. Amma indi bu güc yoxdu. Təkcə say artımı deyil, keyfiyyətin artması da müzakirə olundu. Say az ola bilər, əsas odu ki, ümumi keyfiyyət yüksək olsun, daha güclü əcnəbi futbolçular gəlsin.

– İldən-ilə bölgə klubların sayı azalır. İndi də “Kəpəz” elitanı tərk edəcək. Bakıda nə qədər futbolçu var ki, sabah yığmaya onların arasından seçim edə biləcəksiniz?
– Düzgün qeyd etdiniz. Bu məsələ də müzakirə olundu. Gəncə həmişə ən çox futbolçu yetişdirən bölgə olub. Ancaq idman prinsipləri nəzərdə tutuldu. Premyer Liqanı sonuncu yerdə bitirən elitanı tərk etməli, I divizionun qalibi isə onun yerinə gəlməlidi. Ancaq sənədləşdirmədə problem varsa, bunun üzərinə gedə bilmərik. Səhv etmirəmsə, ötən il demişdim ki, sonuncu yeri tutan tərk etsin, I divizionun qalibi Premyer Liqaya gəlsin. Mən bunun tərəfdarıyam. Ancaq həmin vaxt I divizionun qalibi olan komandanı da SOCAR maliyyələşdirirdi. Bu problemə görə, komanda elitaya gəlməmişdi. Bununla belə, deyilmişdi ki, gələcəkdə buna baxılacaq. Bugünkü iclasda da bildirildi ki, Gəncə futboluna yenə diqqət ayrılacaq. Elitanı tərk etmələri o demək deyil ki, yaddan çıxacaqlar, ora baxılmayacaq. Mənim üçün orda oynamaq həmişə xoşdu. Çünki ən azı 10-15 min azarkeş qarşısında çıxış edirdik. Artıq meydançaları da düzəlmişdi.

– Lisenziyalaşdırma ilə bağlı sənədlər ictimaiyyətə açıqlanmır. Kimin hansı tələbə cavab vermədiyi bilinmir. Məsələn, bizə maraqlıdı ki, “Xəzər” klubu lisenziyalaşdırmanın hansı şərtlərinə cavab vermir?
– Düzdü, tam söhbətin içində deyiləm. Mənim üçün idman prinsipləri önəmlidi. Amma məndə olan məlumata görə, “Xəzər”in bank təminatı yoxdu, həmçinin sponsor göstərilməyib. Bunları görəndən sonra ciddi bir fikir deyə bilmədim. Lisenziyalaşdırma elə şeydi ki, hər bir kluba gələn rəhbər bilməlidi ki, hansı sənədlər qaydasında olmalıdı. Klubların da bunları qaydasına salmaları üçün yetərincə vaxtları var idi. Lisenziya məsələsi bir günün söhbəti deyil. Harasa gedirəmsə, elə etməliyəm ki, məndə nöqsan tapmasınlar. Buna yer qoymamalıyam. Bank təminatı ən vacib amillərdən biridi.

Digər tərəfdən, məsələn, bəzi futbolçular rahat idilər ki, klubumda oynasam da, oynamasam da milli komandaya çağırılıram. Klublarda da belə bir fikir formalaşıb ki, onsuz da, Premyer Liqada qalacam. Neçə illərdi bu davam edir. Hansısa addım atılmalı idi. Məncə, mətbuat katibi tərəfindən görüşlər keçirmək olar. Niyə də bütün bu məsələlərlə tam məlumatlandırılmayasınız? Dəfələrlə demişəm ki, ən çox güc, bəlkə də, mətbuatın üzərinə düşür. Çünki sizin yazdıqlarınızı hamı oxuyur. Məncə, şərtlərlə tanış olmaq məsələsində bir problem olmaz. İnanmıram ki, AFFA-ya müraciət olunsa, bu baxımdan problem yaradılsın.

– Komandaların sayı tutaq ki, 12-yə yüksəldildi. Bu gün 12 klubda oynayacaq sayda yerli futbolçu varmı?
– Bu məsələ də müzakirə olundu. Biz yerli oyunçuların sayını artırmalıyıq, onları üzə çıxarmalıyıq. 15 futbolçumuz varsa, niyə 16-17-cini axtarmayaq? Mən Qara Qarayevi əsas heyətdə oynadanda heç limit yox idi. Amma birbaşa gətirib oynatmadım. Əfran İsmayılovu “Turan”a icarəyə göndərdim. İstənilən halda, bütün komandaların səviyyəsi eyni olmayacaq. Ancaq həmin futbolçular oynaya-oynaya müəyyən səviyyəyə çatacaqlar. Məsələn, “Sumqayıt” 4-5 ildi yerli futbolçularla oynayır. Artıq sistemləri oturub, ordan 4-5 futbolçu milliyə çağırıram. Belədə onların da məsuliyyəti artır. Potensialları var ki, dəvət olunurlar. 12 komandalıq futbolçu sayına gəldikdə, ola bilər ki, bəzilərinin nəticələri çox zəif olsun. Amma ildən-ildə daha yaxşı olacaqlar və formalaşacaqlar.

– I divizionda çıxış edən futbolçular da Premyer Liqa klublarına lazım deyil…
– Bəlkə 12 komanda olsa, lazım olacaq? Üstəlik, belədə I divizionda yüksək yer tutan komandalar Premyer Liqada çıxış edəcəklər. Bu nüansları birdən-birə yaxşılaşdıra bilmərik.

– Sona 2 tur qalmış “Kəpəz”in Premyer Liqanı tərk edəcəyi dəqiqləşirsə, bu komanda son matçlara necə yüksək motivasiyada çıxsın?
– Qayda-qanun əvvəldən qoyulur. İtaliyada da bəzən sona 5 tur qalmış hansısa komanda bilir ki, elitanı tərk edəcək. Psixoloji təsir ola bilər. Ancaq həmin oyunçular özlərini yaxşı tərəfdən göstərməyə çalışa bilərlər ki, digər komandalarda maraq yaransın.

– AFFA Klublar Komitəsinin iclasında qərar verildi ki, klublar topla təmin olunsun, “InStat”la əməkdaşlıq edilsin. Klubların tələbləri bu qədərmi aşağı düşüb?
– “Nike” sponsorluq edir və topla da təmin edir. Düzdü, bununla pulumuz nə azalacaq, nə də çoxalacaq. Kim sponsorluq edirsə, bir jest etməlidi. “InStat”a gəlincə, bunun faydası çoxdu. Hətta buna kimi danışmışdıq ki, milli komandanın oyunçularının göstəricilərini ayrı-ayrılıqda mənə göndərsinlər. Hər oyundan sonra göndərirdilər, mən də baxırdım ki, hansı futbolçu stabil formadadı, kimdə nə çatmır. Elə oldu ki, AFFA “InStat”la ümumi əməkdaşlıq etdi. Bu sistem əksər klubumuzda yox idi.

– Milli komandanın Bakı Olimpiya Stadionuna köçməsi münasibətilə sizi təbrik etmək olarmı?
– Bəli. Çox sağ olun. Amma hələ tam hazır deyil.

Reklam

Reklam


blank
Premyer-liqa2024-05-18 09:00

“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-05-18 08:00

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

blank
Dünya futbolu2024-05-18 01:00

“Fiorentina” və “Napoli”dən heç-heçə

blank
Dünya futbolu2024-05-18 00:37

Şahruddinin komandası yenə uduzdu

blank
Digər idman növləri2024-05-18 00:09

Azərbaycan millisi Xorvatiyanı məğlub etdi

blank
Premyer-liqa2024-05-17 23:50

“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-17 23:22

“Bu gün xal qazanmaq istəyirdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-05-17 23:00

“Turan Tovuz” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-17 22:21

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi

blank
Dünya futbolu2024-05-17 21:31

Fransa klubunun baş məşqçisi karyerasını başa vurur

blank
Dünya futbolu2024-05-17 21:15

İspaniya millisi İskonu itirdi

blank
Dünya futbolu2024-05-17 21:00

İngiltərə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-05-17 20:46

Azərbaycan yığması Rumıniyaya uduzdu

blank
Dünya futbolu2024-05-17 20:29

“Yuventus” Alleqrini istefaya göndərdi

blank
Ölkə futbolu2024-05-17 20:12

Nəcəfin “fotoinkişaf modeli”

blank
Digər idman növləri2024-05-17 20:00

“Bu, gözlədiyimiz nəticə deyil”

blank
Dünya futbolu2024-05-17 19:46

“Liverpul”da daha bir ayrılıq

blank
Digər idman növləri2024-05-17 19:30

Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər

blank
Ölkə futbolu2024-05-17 19:14

Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb

blank
Dünya futbolu2024-05-17 19:00

“Çelsi” Estevao üçün tam məbləğ ödəmək istəmir

blank
Digər idman növləri2024-05-17 18:45

AVF Gəncədə toplanış təşkil edib

blank
Ölkə futbolu2024-05-17 18:32

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə görüşüb

blank
Dünya futbolu2024-05-17 18:18

Xavi ilə Laporta arasında gərginlik

blank
Dünya futbolu2024-05-17 18:04

“İnter” Bentonu izləyir

blank
Milli komanda2024-05-17 17:46

Millimizin Gürcüstanla yoldaşlıq oyunları ləğv edildi

blank
I Liqa2024-05-17 17:32

“Premyer Liqada büdcəmiz də artacaq və daha yaxşı olacaq”

blank
Dünya futbolu2024-05-17 17:17

“Liverpul” kamerunlu futbolçu ilə yolları ayırır

blank
Digər idman növləri2024-05-17 17:00

Azərbaycanın iki boksçusu Rusiyadakı turnirdə finala yüksəlib

blank
Ölkə futbolu2024-05-17 16:45

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

blank
Digər idman növləri2024-05-17 16:31

ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm