Ölkə futbolu
Yuri Maksimov Ukrayna klubu ilə danışıqlar aparır
“Keşlə”nin baş məşqçisi Yuri Maksimov möv…
“Keşlə”nin baş məşqçisi Yuri Maksimov mövsümün sonunda paytaxt klubu ilə yollarını ayırmağa hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. “ua-football.com” saytının yazdığına görə, Maksimova ölkəsinin klublarından sərfəli təkliflər var. “Keşlə”nin çalışdırıcısı hətta 1 həftə öncə Kiyevdə olub və adı açıqlanmayan klublardan birinin nümayəndələri ilə danışıqlar masası arxasında əyləşib.
Nəşrin iddiasına görə, Maksimov özü də yenidən ölkəsində çalışmağın əleyhinə deyil. O, daha ciddi hədəfləri olan klubda işləmək istəyir.
Qeyd edək ki, “Keşlə”ni Azərbaycan kubokunun finalına yüksəldən ukraynalı mütəxəssis ölkəsində ÇSKA, “Obolon”, “Krivbass” və “Metallurq” (Donetsk) kimi komandalarda çalışıb.
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov