Dünya futbolu
Azərbaycanlı futbolçu “Rostov”dan ayrıldı
Rusiyanın gənclərdən ibarət yığmasının Azərbaycan əsilli fu…
Rusiyanın gənclərdən ibarət yığmasının Azərbaycan əsilli futbolçusu Ayaz Quliyev “Rostov”dan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu Moskva “Spartak”ına geri dönüb.
O, mövsümün ilk yarısını icarə əsasında “Anji”də, qış fasiləsindən sonra isə "Rostov"da keçirib.
Qeyd edək ki, Ayazın nə vaxtsa Azərbaycan yığmasında da oynamağa razılıq verəcəyinə dair ehtimallar var.