Ölkə futbolu
Yüksək Liqada mövsüm darmadağınlarla yekunlaşdı
Bu gün futzal üzrə Azərbaycan çempionatında mö…
Bu gün futzal üzrə Azərbaycan çempionatında mövsümə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.
Üçüncü pilləni tutan EKOL “Yasamal”la qarşılaşıb. 12 qolun qeydə alındığı oyunda EKOL 3 xala sevinən tərəf olub.
Çempionatın gümüş medallarını qazanan “Marafon Futsal” isə “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. 16 qolluq dueldə qalib gələn olmayıb.
Bu gün daha bir görüş keçirilməli iid. Amma “Xəmsə” “Araz”la oyuna gəlməyib və çempion 3 xalı oynamadan qazanıb.
Yüksək Liqa
28-ci tur
15 may
EKOL – “Yasamal” İK 7:5
Qol: Ələsgər Ələsgərli, 10:39. Namiq Məmmədkərimov, 14:45, 26:45, 36:10. Sərxan Məstiyev, 18:12. Samir Həmzəyev, 27:11, Zaur Fərziyev, 36:41 – Omid Oraz, 10:18, 24:40. Tutal Lətifov, 26:10. Vladislav Vorobyov, 31:05, 37:54.
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 13:00.
“Neftçi” İK – “Marafon Futsal” 8:8
Qollar: Vüsal İsayev, 25:02. Tural İsmayılov, 27:00, 33:20, 37:46. Rüfət Balakişiyev, 28:50, 30:33, 35:43. Tural Qurbanov, 38:13 – Renat Sultanov, 7:25, 35:34. Omid Talebi, 9:52, 26:14. Seymur Məmmədov, 15:02. İlkin Hacıyev, 28:39, 32:40. Elyas Barati, 33:10.
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Yusif Nurullayev.
Bakı İdman Sarayı. Saat 15:30.
Turnir cədvəli: Araz – 62, Marafon Futsal – 47, EKOL – 47, İtaldizain Futsal – 33, Neftçi İK – 29, Yasamal – 16, Xəmsə – 2.
Bombardir: Bolinya (“Araz”) – 34 qol.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə