Ölkə futbolu
Yığmamızın futbolçusu baş məşqçisiz qaldı
Türkiyə Super Liqasının 33-cü turunda aşağı liqaya d&u…
Türkiyə Super Liqasının 33-cü turunda aşağı liqaya düşməsi rəsmiləşən “Gənclərbirliyi” baş məşqçisi Ümit Özatla yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Ankara təmsilçisinin prezidenti Murat Cavcav Türkiyə mətbuatına açıqlamasında məlumat verib. O, Özatla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiklərini deyib.
Komandanı Super Liqanın son turu çərçivəsində baş tutacaq “Bursaspor”la oyuna klubun aşağı yaş qruplarında çalışan məşqçi Sezai Yıldırım hazırlaşdıracaq.
2016-cı ildən “qırmızı-qaralar”ı çalışdıran Ümit Özat, 2017/18 mövsümünün əvvəlində, ardıcıl 3 oyunda cəmi 1 xal qazanmasının ardından istefaya göndərilmiş, 12-ci turdan sonra yenidən komandanın “sükanı arxasına” keçmişdi.
Qeyd edək ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmaz da “Gənclərbirliyi”ndə çıxış edir.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə