Dünya futbolu
“Sportinq”in futbolçuları və baş məşqçisi döyüldü – Azarkeşlər tərəfindən
Portuqaliyanın “Sportinq” klubunun azarkeşləri komandan…
Portuqaliyanın “Sportinq” klubunun azarkeşləri komandanın məşqi zamanı futbolçulara və məşçqilərə hücum çəkiblər.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqanın son iki turunda 5 xal itirməklə UEFA Çempionlar Liqasına vəsiqə şansını boşa verən Lissabon klubunun tərəfdarları bundan bərk qəzəbləniblər. Komandanın məşq bazasına gələn bir qrup azarkeş bu gün hazırlıq prosesi zamanı futbolçulara hücum ediblər.
İnsident nəticəsində Bas Dost, Acuna, Rui Patrisio, Villiam Karvalyo və Rodriqo Battalya azarkeşlərin hücumuna məruz qalıb və müxtəlif xəsarətlər alıblar. Baş məşqçi Jorji Jezuş da fiziki təzyiqlə üzləşib.
Dava-dalaş zamanı Bas Dost başından xəsarətlər alıb. Hətta onun fotoları da sosial şəbəkələrdə yayılıb.
Artıq “Sportinq” də baş verənlərlə bağlı açıqlama yayıb və azarkeşlərin davranışı pislənilib: “Sportinq” bu deyil, bu ola bilməz. Bunu edənlərin cəzalandırılması üçün hər şeyi edəcəyik”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə