Dünya futbolu
Super Liqada daha bir baş məşqçi istefası
Futbol üzrə Türkiyə Super Liqasında bir gündə ikinc…
Futbol üzrə Türkiyə Super Liqasında bir gündə ikinci baş məşqçi istefası qeydə alınıb.
Futbolinfo.az xəbər verir ki, “Kayserispor” baş məşqçisi Marius Şumudiça ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Rumıniyalı mütəxəssis Kayseri təmsilçisini ötən ilin yayından çalışdırırdı. Onun rəhbərliyi altında komanda Super Liqanın ilk dövrəsini 30 xalla ilk beşlikdə başa vurmuşdu. Bu üzdən klub rəhbərliyi Şumudiça ilə 2 illik yeni müqavilə imzalamışdı. Lakin mövsümün qalan hissəsində komandanın o qədər də uğurlu çıxış etməməsi baş məşqçinin istefa verməsi ilə nəticələnib.
Klubdan verilən açıqlamada bildirilir ki, o, istefa qərarını hələ xeyli müddət öncə rəhbərliyə bildirsə də, qəbul edilməyib. Amma rumıniyalı məşqçi qərarında israrlı olunca, başqa çıxış yolu qalmayıb.
Avrokuboklara vəsiqə qazanmaq hədəfinə çata bilməyən “Kayserispor” Super Liqanın son turu öncəsi 44 xalla 9-cu sırada qərarlaşıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə