Ölkə futbolu
“Qarabağ” Əfranla yolları ayırdı
“Qarabağ” futbolçusu Əfran İsmayılovla yolları…
“Qarabağ” futbolçusu Əfran İsmayılovla yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, müqaviləsi bu mövsümün sonu başa çatan 29 yaşlı yarımmüdafiəçinin sözləşməsinin uzadılmamasına qərar verilib. Millimizin üzvü Ağdam klubunun bugünkü məşqinə qatılmayıb.
Qeyd edək ki, 2006-2013-cü illərdə də "Qarabağ"ın şərəfini qoruyan Ə.İsamyılov 2015-ci ildən Ağdam klubunda çıxış edirdi.
Xatırladaq ki, "Qarabağ" bundan əvvəl braziliyalı yarımmüdafiəçi Pedro Enrike ilə də yolları ayırıb. (qol.az)
Əfran İsmayılov “Report”a açıqlamasında məlumatı təsdiqləyib. 30 yaşlı yarımmüdafiəçi klubla başa çatan müqaviləsinin uzadılmadığını açıqlayıb. O, hələlik yeni klubunun müəyyənləşmədiyini bildirib:
“Həm ölkə daxilindən, həm də xaricdən təkliflərim var. Hazırda başım şəxsi məsələlərə qarışıb. Yaxın vaxtlarda qərarımı verəcəyəm".