Dünya futbolu
Premyer Liqada daha bir baş məşqçi istefası
İngiltərənin “Vest Hem” klubu baş məşqçisi De…
İngiltərənin “Vest Hem” klubu baş məşqçisi Devid Moyeslə yollarını ayırmağa qərar verib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Moyesin rəhbərliyi altında komanda elitada qalmaq hədəfinə çatsa da, onunla yeni müqavilə imzalamamaq qərara alınıb.
Qeyd edək ki, 55 yaşlı şotlandiyalı mütəxəssis Premyer Liqa klubunu 2017-ci ilin noyabr ayından çalışdırırdı. Komanda onun rəhbərliyi altında mövsümü 42 xalla 20 klub arasında 13-cü pillədə başa vurub.