Ölkə futbolu
“Volfsburq” ilk addımı atdı
Almaniya çempionatında elitaya vəsiqə uğrunda pley-off mat&…
Almaniya çempionatında elitaya vəsiqə uğrunda pley-off matçı keçirilib. Bundesliqada qalmağı hədəfləyən “Volfsburq” aşağı liqadan yüksəlmək arzusunda olan “Holsteyn”lə qarşılaşıb.
Pley-off mərhələsinin ilk matçı Volfsburqda oynanılıb. Meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada “Volfsburq”un heyətində Divok Oriqi, Xosip Brekalo və Yunus Mallı fərqlənibsə, “Holsteyn”in təsəlli qoluna Kinqsli Şindler imza atıb.
Bu komandalar arasında cavab görüşü mayın 21-də keçiriləcək.