Premyer-liqa
35-ci kim olacaq: Əhmədov, Abasov, yoxsa Abbasov?
Topaz Premyer Liqasının sonuncu turu ilklə nəticələnəcək. …
Topaz Premyer Liqasının sonuncu turu ilklə nəticələnəcək.
Futbolinfo.az xəbər verir ki, taleyinə 28-ci turun aydınlıq gətirəcəyi bürünc medalı qazanan komandanın baş məşqçisi karyerasında ilk mükafata yiyələnəcək.
Belə ki, buna iddia edən 3 komandanın baş məşqçilərindən heç biri əvvəllər Premyer Liqada medal əldə etməyib. “Neftçi” 3-cü pillədəki yerini qorusa Tərlan Əhmədov, “Zirə” “ağ-qaralar”ı keçsə Ayxan Abbasov, “Sumqayıt” çətin vəzifənin öhdəsindən gəlsə Samir Abasov baş məşqçi kimi ilk medalına yiyələnəcək.
1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 34 mütəxəssis mükafatçılar sırasına düşüb. Mayın 20-də baş tutacaq görüşlərdə “üçlüy”ə düşəcək klubun çalışdırıcısı bu siyahıda 35-ci olacaq.
Qeyd edək ki, son turda “Neftçi” Gəncədə “Kəpəz”kə görüşəcəksə, “Sumqayıt” öz meydanında “Zirə”ni qəbul edəcək. Hazırda sonuncuların 41, “Gənclik şəhəri” təmsilçisinin 40 xalı varsa, “ağ-qaralar” 43 xala malikdi. (Apasport)
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov