Dünya futbolu
“Yuventus” mövsümü qələbə ilə başa vurdu – VİDEO
Futbol üzrə İtaliya A Seriyasında sonuncu, 38-ci tura start ve…
Futbol üzrə İtaliya A Seriyasında sonuncu, 38-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma keçirilib. Çempion “Yuventus” mövsümə “Verona” ilə ev matçı ilə yekun vurub. Üç qolun qeydə alındığı qarşılaşmada Turin təmsilçisi qələbə qazanan tərəf olub.
Sabah A Seriyasından Çempionlar Liqasına son vəsiqənin sahibinin və aşağı liqaya düşəcək sonuncu komandanın adına aydınlıq gələcək.
Romada, “Olimpiko” stadionunda “Latsio” “İnter”i qəbul edəcək. Meydan sahiblərinə qitənin ən nüfuzlu klub turnirinə vəsiqə üçün heç-heçə də sərf edir. Luçano Spallettinin yetirmələri isə ÇL “bilet”i üçün paytaxtdan 3 xalla qayıtmalıdı.
A Seriyasını tərk edəcək son komandanın adına isə “Napoli” – “Krotone” və SPAL – “Sampdoriya” matçlarında aydınlıq gələcək. Həm “Krotone”nin, həm də SPAL-ın eyni – 37 xalı var. Son turda daha yaxşı nəticə əldə edəcək komanda A Seriyasında yerini təmin edəcək. Hər iki matçda eyni nəticə qeydə alınsa, şəxsi oyunlarda daha yaxşı nəticəyə malik SPAL yüksək liqada qalacaq.
İtaliya A Seriyası
38-ci tur
19 may
Yuventus – Verona 2:1
Qol: Ruqani, 49. Pyaniç, 52 – Çerçi, 76.
20 may
17:00 Cenoa – Torino
20:00 Milan – Fiorentina
20:00 Kalyari – Atalanta
20:00 Kyevo – Benevento
20:00 Napoli – Krotone
20:00 SPAL – Sampdoriya
20:00 Udineze – Bolonya
22:45 Latsio – İnter
22:45 Sassuolo – Roma
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…