Dünya futbolu
Fransa çempionatında mövsümə yekun vuruldu – VİDEOLAR
Futbol üzrə Fransa çempionatında 2017/18 mövsü…
Futbol üzrə Fransa çempionatında 2017/18 mövsümünə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son turda Çempionlar Liqasına vəsiqə qazanan komandaların adlarına aydınlıq gəlib. “Monako”, həmçinin Lion və Marsel “Olimpik”lərindən ikisi qitənin ən nüfuzlu klub turnirində iştirak haqqı qazanacaqdılar.
Marsel “Olimpik”i evdə “Amyen”ə, “Monako” səfərdə “Trua”ya, Lion “Olimpik”i isə doğma meydanda “Nitsa”ya qalib gəlib. Bu nəticələrdən sonra çempion olan PSJ ilə yanaşı, "Monako" və Lion “Olimpik"i də Fransanı növbəti mövsümdə Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.
Marsel “Olimpik"i, "Renn" və "Bordo" isə Avropa Liqasında mübarizə aparmalı olacaq.
"Mets" və "Trua" klubları elitanı tərk ediblər. 20 iştirakçı arasında 18-ci yeri tutan "Tuluza" isə Liqa 1-də qalmaq üçün pley-off oyunlarında qüvvəsini sınayacaq.
Fransa Liqa 1
38-ci tur
19 may
Kan – PSJ 0:0
Dijon – Anje 2:1
Qol: Kapelle, 22-avtoqol. Tavares, 75 – Tayt, 53.
Olimpik (Lion) – Nitsa 3:2
Qol: Depay, 48; 65; 86 – Plea, 18; 88.
Olimpik (Marsel) – Amyen 2:1
Qol: Sanson, 10. Mitroğlu, 18 – Konate, 30.
Mets – Bordo 0:4
Qol: Breytvayt, 10. Malkom, 17. Kamano, 44. De Preville, 78.
Nant – Strasburq 1:0
Qol: Dubois, 32.
Renn – Monpelye 1:1
Qol: Hunou, 13 – Mbenza, 17.
Sent-Etyen – Lill 5:0
Qol: Bamba, 7. Hamuma, 13; 39; 61. Malkuyt, 65-avtoqol.
Tuluza – Genqam 2:1
Qol: Qradel, 59. Sanoqo, 63 – Qrenye, 66.
Trua – Monako 0:3
Qol: R.Lopes, 22; 71. Mbula, 90.
–
–
–