Dünya futbolu
Buffon göz yaşları içində vidalaşdı
Futbol üzrə İtaliya yığmasının qapıçısı Canluici …
Futbol üzrə İtaliya yığmasının qapıçısı Canluici Buffon 17 ildi şərəfini qoruduğu “Yuventus”da sonuncu oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, 40 yaşlı qolkiper A Seriyasının sonuncu turu çərçivəsində “Verona” ilə qarşılaşmada sonuncu dəfə “Yuventus”un formasını geyinib.
Çempionluğunu əvvəlki turda rəsmiləşdirən Turin klubu Buffonun vida matçında 2:1 hesabıyla qalib gəlib. Start heyətdə meydana çıxan Buffon isə 63-cü dəqiqədə əvəzlənib. O, meydanı azarkeşlərin və komanda yoldaşlarının alqış sədaları altında, göz yaşları içində tərk edib.
Bu oyun daha bir futbolçu üçün “Yuventus”dakı son matç olub. Söhbət müdafiəçi Stefan Lixtştaynerdən gedir. O, vida matçının 85-ci dəqiqəsində penalti vurmaq hüququ qazansa da, rəqib qapısına yol tapa bilməyib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Dünya futbolu2024-04-19 17:27
“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib