Ölkə futbolu
Samir Abasov istefa verdi
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov istefa …
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov istefa verib. Topaz Premyer Liqasının son turunda doğma meydanda “Zirə” ilə qarşılaşan “kimyaçılar” 1:2 hesabı ilə məğlub olublar.
Bu nəticə ilə komanda mövsümü 5-ci pillədə başa vurub. Avrokubok şansını itirən komandanın çalışdırıcısı isə mətbuat konfransında istefa verdiyini bildirib: "Bu mənim “Sumqayıt"da sonuncu oyunumdur. Belə şərtlərlə işləyə bilmərəm. Çünki "Sumqayıt" sanki reabilitasiya mərkəzidir. Rəhbərliklə danışmamışam. Amma böyük ehtimalla burda qalmayacam".
Beləliklə, neçə gündü ictimaiyyətin başını “2 illik yeni müqavilə ilə bağlı razılığa gəlmişik” deyərək aldadan “Sumqayıt” rəhbərliyinin yalanı ifşa olundu. Bu, sadəcə, mövsümü başa vurmaq üçün uğursuz gediş idi.
- Ölkə futbolu2024-05-21 09:45
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
- Ölkə futbolu2024-05-21 16:00
“Qarabağ”ın ÇL-in yeni mövsümünə 2-ci mərhələdən başlaması ehtimalı böyükdür” – Asif Əsgərov
- Digər idman növləri2024-05-20 20:00
Hidayət Heydərov dünya çempionu oldu
- Ölkə futbolu2024-05-20 14:38
Şansı qaçırmayan “Neftçi”, “Zirə”nin qələbəsində Rəhimin “əli”