Premyer-liqa
Bütün mükafatçılar bəlli oldu
Topaz Premyer Liqasında 2017/18 mövsümünün bü…
Topaz Premyer Liqasında 2017/18 mövsümünün bütün mükafatçıları məlum olub.
Futbolinfo.az xəbər verir ki, hələ sona 4 tur qalmış çempionluğunu bayram edən “Qarabağ” rəqibləri üçün əlçatmaz olmuşdu.
“Qarabağ”ın ardından “Qəbələ” gümüş medalları özü üçün təmin etmişdi.
Bu gün keçirilən oyunlardan sonra isə bürünc mükafatın sahibi məlum olub. Bürünc üçün ideal şansı olan “Neftçi” bundan maksimum yararlanıb. Belə ki, səfərdə “Kəpəz”i 2:1 hesabı ilə məğlub edən Tərlan Əhmədovun komandası digər oyunların nəticəsindən asılı olmayaraq, bürünc medallara sahib olub.
Bu nəticələrdən sonra “Qarabağ” Azərbaycanı UEFA Çempionlar Liqasında, “Qəbələ” və “Neftçi” isə Avropa Liqasında təmsil etmək hüququ qazanıb. Avroliqadakı digər təmsilçimizin adına Azərbaycan Kubokunun “Keşlə” və “Qəbələ” arasında baş tutacaq final matçından sonra aydınlıq gələcək.
Qeyd edək ki, sabah baş tutacaq “Qəbələ” – “Qarabağ” oyunundan sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimi təşkil olunacaq. Topaz Premyer Liqasının qalib və mükafatçıları bu zaman öz medallarına qovuşacaqlar.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…