Premyer-liqa
Samir Abasov: “Rəhbərlikdən asılı adam deyiləm”
"Bəlkə də oyuna çox kölkənməyimiz bizə mane old…
"Bəlkə də oyuna çox kölkənməyimiz bizə mane oldu. "Zirə"nin əvəzetmələri yaxşı alındı. Biz isə görə-görə ki, oyunçular çökür, heç nə edə bilmirdik. Çünki ehtiyatda lazımı səviyyədə oyunçu yoxdur. Əlinin papağını Vəlinin başına qoymaqla məşğul idik".
Futbolinfo.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının sonuncu – 28-ci turunda "Zirə"yə 1:2 hesablı məğlubiyyəti şərh edərkən deyib. 39 yaşlı mütəxəssis mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi postundan istefa verdiyini açıqlayıb.
– Bu, "Sumqayıt"da son oyunum idim. Komandada nəyisə dəyişəcəyimə ümid etmirəm. Neçə ildir komandanı yaxşılaşdırmağa çalışdıq. Gələ bildiyimiz nöqtə budur. Artıq bura mənim üçün deyil. Reabitasiya mərkəzinə çevrilmiş komandada nəsə etmək olmur. Getmək vaxtıdır. Avropa Liqasına çıxmadığımız üçün legionerlər də omayacaq.
– Son 4 oyunda xallar itirdiz. Günah sizdədir, rəhbərlikdə, yoxsa futbolçularda?
– Kimin boynuna istəsəniz, yıxa bilərsiniz. "Baş məşqçidədir" – desəm, rahatlayacaqsız? Günah strategiyada, futbolçuların olmamğındadır.
– Rəhbərlik istefanızı qəbul etməsə, necə olacaq?
– Getmək qərarın çoxdan vermişəm. İnanın Allaha, hansısa klubla danışmaq filan yoxdur. Bəli, təklif göndərən klublar var. İstəyirdim nəsə edəm. Boynuma alıram ki, edə bilmədim. Futbolçu çatışmazlığı var. İstefamı vermişəm. Mən rəhbərlikdən asılı adam deyiləm.
– Problem "Sumqayıtdadır, yoxsa Azərbaycan futbolunda?
– Azərbaycan futbolu ilə bağlı deyil. Strategiyan yalnız yerli oyunçulara bağldırsa, alınmır.
– Bir neçə gün əvvəl rəhbərlikə görüşdünüz. İstəklərinizi yerinə yetirmədikləri üçün gedirsiniz?
– Şərtlərim yerinə yetirilmədi. Mən 4-5 oyunçunu istəyirəm. Gözləyirəm ki, "Qəbələ"də kimsə oynamasın, götürüm. Məşqçi öz fəlsəfəsinə görə oyunçu dəvət etməlidir. Gedib Serbiyadan, Xorvatiyadan oyunçu gətirməldir. Amma sən bunu edə bilmirsən.
– "Qəbələ"nin baş məşqçi olacağınız düzdür?
– "Qəbələ"nin baş məşqçisi var. O getsə, təkilf olsa, danışarıq.
– Bu strategiyanı AFFA, konkret olaraq baş katib Elxan Məmmədov müəyyənləşdirib. Niyə federasiyadan maliyyələşən digər klublara legioner almağa icazə verilir, sizə yox?
– Bu strategiyanı kim müəyyənləşdirib, bilmirəm. Rəhbərliklə söhbətdə demişdilər ki, Avroliqaya düşsək, legioner olacaq. Bu da olmadı. "Sumqayıt"da dönəmim bitdi. Kluba, azarkeşlərə uğurlar arzulayıram. (Sport24)
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?