Premyer-liqa
Topaz Premyer Liqasının bombardiri mükafatını aldı – FOTOLAR
Topaz Premyer Liqasında 2017/18 mövsümünün ən s?…
Topaz Premyer Liqasında 2017/18 mövsümünün ən sərrast oyunçusu “Qəbələ”nin üzvü Baqali Dabo oldu.
Futbolinfo.az xəbər verir ki, bütün rəqiblərini qabaqlayan hücumçu 13 qolla çempionatın ən sərrast oyunçusu adına layiq görüldü.
Peşəkar Futbol Liqası tərəfindən bu gün “Azersun Arena”da baş tutan mükafatlandırma mərasimində Baqali Daboya bombardir üçün hazırlanmış xüsusi hədiyyəni AFFA-nın baş katibi Elxan Məmmədov təqdim etdi. Baqali Dabo eyni zamanda “Qəbələ”nin üzvü kimi gümüş medala sahib çıxdı. Dabo gümüş medalını Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevdən aldı.
Qeyd edək ki, ötən mövsümün ən sərrast oyunçuları Rauf Əliyev və Filip Ozobiç də hazırda “Qəbələ”nin formasını geyinirlər.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə