Dünya futbolu
“Slaviya”dan Muradovsuz qələbə
Futbol üzrə Çexiya yüksək liqasında mübarizə…
Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində növbəti oyunlar keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Rövlan Muradovun formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi bu dəfə səfərdə “Vısoçina” ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Rövlan bu görüşün iştirakçısı olmayıb. Zədəli olan futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsində də yer almayıb.
“Slaviya” hazırda 12 xalla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…