Ölkə futbolu
“Keşlə”dən “Sabah”a
"Keşlə" klubundan ayrılan futbolçulardan birinin a…
"Keşlə" klubundan ayrılan futbolçulardan birinin adına aydınlıq gəlib. Məqsəd İsayev paytaxt klubunun sıralarını tərk edib.
23 yaşlı futbolçu karyerasını paytaxtın "Sabah" klubunda davam etdirəcək. O, Premyer Liqanın debütantı ilə 1 illik sözləşmə imzalayacaq (futbol11.az).
Qeyd edək ki, Məqsəd İsayev "Keşlə"yə "Neftçi" klubundan transfer olunub. Lakin baş məşqçi Yuri Maksimovun etimadını qazana bilməyən cinah müdafiəçisi burada da möhkəmlənmədi.