Bizi izləyin

Ölkə futbolu

“Neftçi” gözləyir: öncə baş məşqçi müəyyənləşəcək, sonra islahat başlayacaq

“Neftçi”də sakitlik daha 4 gün davam edəcək…

blank
“Neftçi”də sakitlik daha 4 gün davam edəcək. Bürünc medalın qazanıldığı mövsümün sonunda istirahətə çəkilən klubda vacib qərarlar məhz yeni iş həftəsinin əvvəlində veriləcək.
 
Əslində, istirahətdən danışarkən bunu yalnız futbolçulara aid etməliyik. Klub rəsmiləri cari problemlərin həlliylə məşğuldu və boş dayanmırlar.
 
Son günlər bir neçə futbolçunun adı paytaxt təmsilçisi ilə yanaşı hallanır. Dario Federiko və Tural Axundovla danışıqların davam etdiyi, “Qarabağ”dan ayrılan əksər oyunçuların məhz “Neftçi”yə üz tutacağı haqda söhbətlər səngimir. Lakin bütün bunlar yalnız söz-söhbətdi.
 
Bizdə olan bilgiyə görə, “Neftçi” rəhbərliyi sələflərinin səhvlərini təkrarlamaq istəmir. Öncə baş məşqçi məsələsində yekun qərara gəlinməlidi. May bitincə Tərlan Əhmədovun müqaviləsi də yekunlaşır. Məhz həmin vaxt onunla anlaşmanın uzadılacağı, yoxsa yeni məşqçiylə yola davam ediləcəyi dəqiqləşəcək. Transferlər də bundan sonra, məhz məşqçinin tələbinə uyğun ediləcək.
 
Əhmədov postunda qalarsa, heyətdən uzaqlaşdırılanların sayı çox olmayacaq və yeni transfer siyasəti də buna uyğun planlaşdırılacaq. Yeni məşqçi gələcəyi təqdirdə isə islahatların miqyası məhz onun istəyinə görə müəyyənləşdiriləcək. Bəli, “Neftçi” Dario ilə Turala təklif göndərib, lakin bu futbolçulara da məşqçi seçimini gözləmək məsləhət bilinib.
 
Heyətdən uzaqlaşdırılan İqnasio Erreraya gəlincə, bu qərarı futbolçu özü verib. Maaşının yarıbayarı azaldılmasından narazı olan cənubi amerikalı yarımmüdafiəçi yeni anlaşmaya razılıq verməyib. Bu oyunçunun gedişini “Neftçi” üçün itki saya bilmərik. Rəhbərlik bir çox digər futbolçunun da əməkhaqqına əl gəzdirəcək. Əvvəlki rəhbərliyin dövründə layiq olduğundan artıq qiymətləndirilən bəzi oyunçulara qarşı “azaltma siyasəti” həm də heyətin daha yaxşı futbolçularla gücləndirilməsinə xidmət edəcək.
 
Əksər əcnəbi futbolçularla vidalaşmaq, Lukas Qomes, Qato, Mayk Kampas kimi xeyir vermədən çox yüksək maaş alan oyunçularla müqavilələrin pozulması daha keyfiyyətli legionerlərin alınmasına hesablanıb. “Neftçi” məşqçi məsələsini həll etməklə yanaşı, artıq yükdən də qurtulmalı olacaq. Belələri varkən, məşqçinin kimliyi bilinmədən yeni transferlər edilməsi doğru olmazdı. Rəhbərlik də bunu nəzərə alaraq, hələ heç bir futbolçu ilə razılığa gəlməyib.
 
“Qarabağ”dan ayrılan oyunçularla bağlı isə ümumiyyətlə, hansısa plan yoxdu. “Neftçi” onların əksəriyyətini özü üçün yararsız hesab edir. Məsələn, Ramil Şeydayevin transferi ümumiyyətlə, planda yoxdu. 50 min dollar aylıq maaş istəyən hücumçunun tələbi ilə bacarığı üst-üstə düşmür. Eləcə də ötən il “Neftçi”ni aldadan Ağabala Ramazanova növbəti təklif göndərilməyəcək. Qalan oyunçuların da paytaxt klubunda olmayacağı böyük ehtimaldı.
 
Hazırda “Neftçi” üçün prioritet məsələ məşqçi seçimidi. Bu problem həllini tapan kimi yeni heyət quruculuğu başlanacaq. Rəhbərliyin izlədiyi bir çox oyunçular çalışdırıcıya təklif olunacaq, eyni zamanda onun tələbləri nəzərə alınacaq.
 
CAVAD
Reklam

Reklam


blank
AÇ-20242024-05-22 17:38

Şotlandların AÇ-2024 üçün ilkin heyəti açıqlandı

blank
Dünya futbolu2024-05-22 17:19

ÇL-in 2026-cı ildəki finalı Budapeştdə keçiriləcək

blank
AÇ-20242024-05-22 17:00

Daha bir komandanın AÇ-2024 üçün heyəti müəyyənləşdi

blank
AÇ-20242024-05-22 16:44

Avstriyanın AÇ-2024 üçün heyəti açıqlandı

blank
Dünya futbolu2024-05-22 16:31

Mövsümün ən yaxşı baş məşqçisi bəlli oldu

blank
Dünya futbolu2024-05-22 16:16

Avropa Liqasının və Konfrans Liqasının final oyunları İstanbulda keçiriləcək

blank
Digər idman növləri2024-05-22 16:00

Azərbaycan boksçuları Dünya Olimpiya Təsnifat turnirində iştirak edəcəklər

blank
Ölkə futbolu2024-05-22 15:46

Quqeşaşvili AÇ-2024 üçün heyətdə

blank
Digər idman növləri2024-05-22 15:33

Cüdoçularımız DÇ-də mübarizəni dayandırdılar

blank
Ölkə futbolu2024-05-22 15:18

Baxşıyev Auaşeriyanı yanına gətirir?

blank
Digər idman növləri2024-05-22 15:00

Yığmamız Qazaxıstana yollandı

blank
Müsahibə2024-05-22 14:45

“Hakimlər bizi daha çox sıxmağa başladılar”

blank
Digər idman növləri2024-05-22 14:30

Azərbaycan Kamandan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib

blank
Dünya futbolu2024-05-22 14:14

“Çelsi” yeni məşqçi seçir – Tuhel qayıtmayacaq

blank
I Liqa2024-05-22 14:00

I Liqada 27-ci turun təyinatları açıqlandı

blank
Digər idman növləri2024-05-22 13:41

Final seriyasının üçüncü oyunu keçiriləcək

blank
Digər idman növləri2024-05-22 13:23

Azərbaycan üzgüçülərindən beynəlxalq turnirdə 31 medal

blank
Digər idman növləri2024-05-22 13:07

MBA-da ən yaxşı müdafiəçilər elan edildi

blank
Milli komanda2024-05-22 12:50

Milli komandamız Arif Əsədova əmanət

blank
Digər idman növləri2024-05-22 12:32

Nadal karyerasını bitirmək fikrindən vaz keçir

blank
Ölkə futbolu2024-05-22 12:17

Rəqibləri “Kəpəz”in heyətini parçalayır

blank
Dünya futbolu2024-05-22 12:02

“Real” Mbappeni Olimpiadaya buraxmayacaq

blank
Ölkə futbolu2024-05-22 11:45

Aygün Kazımova oxuyacaq, kubokun sahibi müəyyənləşəcək

blank
Ölkə futbolu2024-05-22 11:39

Final oyununun biletləri satışa çıxarılır

blank
Digər idman növləri2024-05-22 11:28

“Seltiks” seriyaya qələbə ilə başladı

blank
I Liqa2024-05-22 11:11

Bu gün I Liqanın qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-05-22 10:51

Avrokuboklarda ilk qalib Dublində müəyyənləşir

blank
Ölkə futbolu2024-05-22 10:32

“Səbail”ə sponsor zərbəsi: büdcə azaldıldı

blank
Layihə2024-05-22 10:15

İdman telejurnalistikası: müasir tələblər və problemlər

blank
Dünya futbolu2024-05-22 09:58

“Milan”dan ayrılacağını açıqladı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm