Ölkə futbolu
Əfranla Elvin Qəbələ yolunda
“Qarabağ”dan ayrılan Əfran İsmayılov hələ də klubs…
“Qarabağ”dan ayrılan Əfran İsmayılov hələ də klubsuzdu. Ancaq millimizin yarımmüdafiəçisinin intizarı çox sürməyəcək.
Futbolinfo.az xəbər verir ki, Əfranın “Qəbələ”yə keçidi böyük ölçüdə həll olunub. Klub təkzib etsə də, tərəflər arasında danışıqlar davam edir və kubokun finalından sonra bu transfer rəsmən açıqlanmalıdı. Mövsümün gedişində Rauf Əliyevi də rənglərinə bağlayan əyalət təmsilçisi İsmayılovu düşərgəsinə gətirəcək.
Əsasən yerli futbolçuların transferini önə salan “Qəbələ” Ağdam klubundan ayrılan Elvin Yunuszadəyə də maraq göstərir. Amma yekun qərar həm də baş məqşi məsələsinin dəqiqləşməsindən sonra veriləcək. Kubokun nəticəsi Roman Qriqorçukun da taleyinə aydınlıq gətirməlidi.
Əvvəlki mövsümlərdə də “Qarabağ”ın imtina etdiyi futbolçuları sıralarına qatmaqla seçilən “Qəbələ”nin bu addımı başadüşüləndi. Yerli oyunçu ehtiyatını məhz bu üsulla gücləndirən komanda ehtiyac duyulan mövqelərə əcnəbi alır.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”