Dünya futbolu
Ardanın 16 oyunluq cəzasına endirim
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Başa…
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Başakşəhər” klubunun yarımmüdafiəçisi Arda Turanın 16 matçlıq cəzasını yüngülləşdirib.
Futbolinfo.az xəbər verir ki, bu barədə futbol qurumunun mətbuat xidməti rəsmi açıqlama yayıb. Məlumatda bildirilir ki, Ardaya verilmiş cəzaya yenidən baxılıb və qərara alınıb ki, 16 oyunluq cəza 10 oyuna endirilsin.
39 min lirəlik pul cəriməsi isə qüvvədə qalıb.
Qeyd edək ki, geridə qalan mövsümdə artıq iki oyunu buraxmış Arda yeni mövsümdə də 8 qarşılaşmanı kənardan izləməli olacaq.
Arda “Sivasspor”la oyunda hakimlərə qarşı davranışlarına görə 16 oyunluq cəzaya layiq görülmüşdü.
- Ölkə futbolu2024-05-22 10:32
“Səbail”ə sponsor zərbəsi: büdcə azaldıldı
- Ölkə futbolu2024-05-21 09:45
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
- I Liqa2024-05-22 18:22
“Şamaxı” I Liqanın qalibi oldu
- Ölkə futbolu2024-05-21 16:00
“Qarabağ”ın ÇL-in yeni mövsümünə 2-ci mərhələdən başlaması ehtimalı böyükdür” – Asif Əsgərov