Dünya futbolu
“Beşiktaş”dan bu yayın ilk transferi
Türkiyənin “Beşiktaş” klubu bu yay üç&…
Türkiyənin “Beşiktaş” klubu bu yay üçün ilk transferini həyata keçirib.
Futbolinfo.az xəbər verir ki, İstanbul klubu “Əskişəhərspor”da forma geyinən Dorukhan Toközü transfer edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Dorukhanın TFF 1-ci Liqa klubu ilə müqaviləsinin müddəti başa çatdığından, “Beşiktaş” ona görə əlavə transfer haqqı ödəməyəcək.
“Əskişəhərspor”un yetirməsi olan Toköz geridə qalan mövsümdə 32 oyuna çıxıb, 1 qola imza atıb.