Dünya futbolu
Sarri “Çelsi” ilə razılığa gəldi – İlinə 6 milyon avro
Mauritsio Sarri İngiltərənin “Çelsi” klubu ilə …
Mauritsio Sarri İngiltərənin “Çelsi” klubu ilə razılığa gəlib.
Futbolinfo.az “La Repubblica”ya istinadən xəbər verir ki, “Napoli”dən ayrılan italiyalı mütəxəssis London klubu ilə 2 illik müqaviləyə imza atacaq.
59 yaşlı mütəxəssis “zadəganlar”ın “sükanı arxasında” ilinə 6 milyon avro qazanacaq. Lakin “Çelsi” Sarriyə görə “Napoli”yə 8 milyon avro təzminat ödəməli olacaq.
Qeyd edək ki, “Çelsi” baş məşqçisi, italyan mütəxəssis Antonio Konte ilə yolları ayırmaq niyyətindədi. Sarri ilə danışıqlar müsbət yekunlaşsa, Konte dərhal istefaya göndəriləcək.
Sarri “Napoli”də 3 il fəaliyyət göstərib. Onu Neapol klubunda Karlo Ançelotti əvəz edib.
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov
- Premyer-liqa2024-05-18 18:58
“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə
- Ölkə futbolu2024-05-19 10:44
Mahirin 2024-cü ildə ilk oyunu
- Premyer-liqa2024-05-18 09:00
“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı