Dünya futbolu
Eminsiz “Kalmar” liderlə “sülh bağladı”
Futbol üzrə İsveç çempionatında 11-ci turun oyun…
Futbol üzrə İsveç çempionatında 11-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda lider “Hammarbü” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Emin bu görüşdə də meydana çıxmayıb. Buna səbəb onun xeyli müddətdi zədədən əziyyət çəkməsidi.
“Kalmar” hazırda 17 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.