Ölkə futbolu
AFFA prezidenti kubokun final matçında – FOTO
Bu gün “Keşlə” və “Qəbələ” arasınd…
Bu gün “Keşlə” və “Qəbələ” arasında Azərbaycan Kubokunun final oyunu keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu oyunu izləyənlər arasında AFFA prezidenti Rövnəq Abdullayev də var. O da mövsümün son matçını canlı izləmək üçün Qəbələyə yollanıb.
Qəbələ şəhər stadionunda keçirilən oyunu R.Abdullayevlə yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, “Qəbələ” və “Keşlə”nin prezidentləri – Tale Heydərovla Zaur Axundov da canlı izləyir.