Ölkə futbolu
İlqar Qurbanov: “Böyük-kiçik yeri bilmirlər”
“Deyəcək bir söz yoxdu. Rəqibin qapıya bir zərbəsi ol…
“Deyəcək bir söz yoxdu. Rəqibin qapıya bir zərbəsi oldu, o da qolla nəticələndi. Buna mane olmamağımız diqqətsizliklə bağlı idi. Rəqibi təbrik etmək qalır ki, bunu da edirik. “Keşlə”yə uğurlar arzulayıram”.
Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Qəbələ”nin müdafiəçisi İlqar Qurbanov deyib.
Ölkə kubokunda “Keşlə”yə uduzaraq titulsuz qalan “qırmızı qaralar”ın təcrübəli futbolçusu həyəcanlı olduqlarını deyib: “Qarşılaşmadam öncə həyəcan var idi. Üstəlik, evdə oynayırdıq. Bu da təzyiq yaradırdı. Həm də “Qəbələ” titulsuz olduğuna görə kuboku çox arzu edirdik. Komandanın tarixində ilk titula sahib çıxmağı çox istəyirdik. Amma bacarmadıq. Üzgünəm. Qələbə qazanıblarsa, təbrik etmək qalır”.
Qurbanov oyunun sonlarında qırmızı vərəqə alaraq meydanı tərk etməsindən danışıb: “Azərbaycan futbolunda böyük-kiçik yeri qalmayıb. Böyük-kiçik yeri bilmirlər. Tanımadım həmin adamı, bilmirəm kim olduğu. Həmin şəxsi üzə çıxaracam”.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir