Dünya futbolu
İtaliya və Türkiyədən mundial iştirakçıları üzərində qələbə
Bu gün dünyanın yaşıl meydanlarında milli komandalar ara…
Bu gün dünyanın yaşıl meydanlarında milli komandalar arasında yoldaşlıq oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, dünya çempionatından kənarda qalan İtaliya millisi mundial iştirakçısı Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb. Bu qarşılaşma “skuadra adzurra”nın baş məşqçi postuna yenicə təyin olunmuş Roberto Mançininin millinin “sükanı arxasında” ilk sınağı olub. Komandası onun debütündə qələbə qazanıb.
Türkiyə seçməsi doğma meydanda İranla qarşılaşıb. Bu yığmalar sonuncu dəfə 44 il öncə – 1974-cü ildə üz-üzə gəlmişdilər. İtaliya kimi DÇ-2018-dən kənarda qalan türklər də mundial iştirakçısına qalib gəliblər.
Fransa İrlandiyanı məğlub edibsə, Portuqaliya Tunislə heç-heçəyə razılaşıb.
Yoldaşlıq oyunları
28 may
Cənubi Koreya – Honduras 2:0
Keniya – Ekvatorial Qvineya 1:0
Bosniya və Herseqovina – Monteneqro 0:0
Türkiyə – İran 2:1
Portuqaliya – Tunis 2:2
İtaliya – Səudiyyə Ərəbistanı 2:1
Fransa – İrlandiya 2:0