Dünya futbolu
Fabinyo “Liverpul”da – RƏSMİ
İngiltərənin “Liverpul” klubu bu yay ilk transferini h?…
İngiltərənin “Liverpul” klubu bu yay ilk transferini həyata keçirib.
Futbolinfo.az xəbər verir ki, “qırmızılar” Fransanın “Monako” klubunun braziliyalı yarımmüdafiəçisi Fabinyonu heyətə qatıblar. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçunun Premyer Liqa təmsilçisi ilə neçə illik müqavilə imzaladığı, həmçinin transferin maddi detalları açıqlanmır. Bu barədə Fabinyo iyunun 1-də tibbi yoxlanışdan keçdikdən sonra açıqlama verilməsi gözlənilir. Lakin İngiltərə mətbuatının yazdığına görə, bu keçidə görə “Liverpul” “Monako”ya 39 milyon funt-sterlinq (təxminən 45 milyon avro) ödəyəcək.
5 ildi Fransa klubunda forma geyinən Fabinyo bu komandada 225 oyun keçirib, 29 qol vurub. Onun “Monako” ilə 2021-ci ilə kimi müqaviləsi vardı.