Milli komanda
Millimiz Qırğızıstana böyük hesabla qalib gəldi
Bu gün futbol üzrə Azərbaycan milli komandası növbə…
Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünə çıxıb.
Futbolinfo.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı millimiz Bakı Olimpiya Stadionunda Qırğızıstan yığması ilə üz-üzə gəlib.
Bu, komandamızın Qurbanovun rəhbərliyi altında dördüncü yoldaşlıq görüşü idi. Bundan əvvəl Türkiyədə Moldova (0:0) və Makedoniya ilə (1:1) heç-heçəyə razılaşan komandamız Bakıda Belarusa uduzmuşdu – 0:1. Bu üzdən Qurbanov millidə ilk qələbəsini qırğızlarla görüşdə rəsmiləşdirə bilərdi.
Belə də olub. Komandamız rəqibinə 3 cavabsız qolla qalib gəlib.
Yoldaşlıq oyunu
29 may
Azərbaycan – Qırğızıstan 3:0
Qol: M.Medvedev, 17. M.Mədətov, 75. Ü.Abbasov, 84.
Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy (hamısı Türkiyə).
Bakı Olimpiya Stadionu.
Azərbaycan: 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev (k), 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Namiq Ələsgərov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 25. Cavid İmamverdiyev, 26. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 6. Bədavi Hüseynov, 10. Ruslan Qurbanov, 13. Dimitri Nazarov, 17. Rəhman Hacıyev, 18. Coşqun Diniyev, 19. Amil Yunanov, 22. Mahir Mədətov, 28. Ufuk Budak, 30. Rahil Məmmədov.
Baş məşqçi: Qurban Qurbanov.
Qırğızıstan: 16. Valeri Kaşuba, 3. Tamirlan Kozubayev, 5. Kursanbek Şeratov (k), 8. Aziz Sıdıkov, 10. Mirlan Murzaev, 11. Bekjan Saqınbayev, 12. Avazbek Otkeyev, 18. Kayrat Jırqalbekuulu, 20. Baxtiyar Duyşobekov, 21. Farxat Musabekov, 23. İslam Şamşiyev.
Ehtiyat oyunçular: 1. Kalısbek Akimaliyev, 2. Amanbek Manıbekov, 6. Şerzot Şakirov, 7. Odiljon Abduraxmanov, 9. Alimardon Şukurov, 13. Kutman Kadırbekov, 14. Pavel Sidorenko, 15. Murolimjon Axmedov, 17. Atai Dzhumashev, 19. Roman Levçenko, 22. Mustafa Yusupov.
Baş məşqçi: Aleksander Krestinin.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir