Ölkə futbolu
Ozobiç “Qarabağ” yolunda
“Qarabağ” ölkə daxilinə ən səs-küylü t…
“Qarabağ” ölkə daxilinə ən səs-küylü transferə çox yaxındı. Ağdamlılar əsas rəqiblərindən olan “Qəbələ”nin liderini sıralarına qatır.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov Filip Ozobiçin transferində israrladı. Artıq xorvat yarımmüdafiəçi ilə danışıqlar aparılıb və razılığı alınıb. Klubdan təsdiq etməsələr də bu həftə keçidin rəsmiləşəcəyi deyilir.
“Qəbələ”də aldığı maaşdan narazı olan, üstəlik, baş məşqçi ilə münasibətləri soyuyan Filip bu üzdən son oyunlarda ehtiyatda qalırdı. Yeni müqavilə ilə bağlı razılıq əldə olunmadığından, onun klub rəhbərliyi ilə də problemi yaranıb. Fürsətdən istifadə edən “Qarabağ”ın daha cəlbedici təklifi xorvat futbolçunu “yoldan çıxarıb”.
“Sumqayıt”dan Cavid İmamverdiyevi, “Səbail”dən Rahil Məmmədovu da transfer etmək üzrə olan “Qarabağ”ın bu həftə yeni oyunçularını bir-bir açıqlayacağı gözlənilir.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı