Ölkə futbolu
“Zirə” islahata başlayır, “Sabah” Qadze üçün pusqudadı
“Keşlə”nin ölkə kubokunu qazanması bir çox…
“Keşlə”nin ölkə kubokunu qazanması bir çoxlarının planlarını dəyişdi. Məlum oldu ki, ölkə çempionatında 4-cü yer uğrunda mübarizə əslində, mənasız çəkişmə imiş. “Sumqayıt”la rəqabətdə üstün olan “Zirə”yə bu pillə də avrokuboka vəsiqə verməyəcəkmiş.
Futbolinfo.az xəbər verir ki, “Zirə”nin taleyinə aydınlıq gəldikdən sonra klub rəhbərliyi islahatlara başlayacaq. Baş məşqçi Ayxan Abbasov heyətə əl gəzdirməyi düşünür və bəzi oyunçularla vidalaşmaq qərarı alıb. Heyətdəki yerli oyunçuların əksəriyyəti yeni müqavilə imzalayacaqsa, legionerlərlə bağlı eyni sözü deyə bilmərik.
Artıq 2 əcnəbini yola salan qəsəbə klubu Riçard Qadze və Milan Durişlə də vidalaşmaq niyyətindədi. Aleksandr Dedov isə özü klubda qalmaqda maraqlı deyil. Bu oyunçular artıq yeni klub axtarışına başlayıb, Qadze “Sabah”la anlaşmaq üzrədi. Yekun qərar həftəiçi veriləcək.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir