Ölkə futbolu
Bəybalayevin yeni klubu
“Səbail” daha bir futbolçunun keçidini həl…
“Səbail” daha bir futbolçunun keçidini həll etmək üzrədi. 12 oyunçunu qovan, Rahid Əmirquliyev və Ağabala Ramazanovu rənglərinə bağlayan Bayıl təçsilçisinin növbəti transferi də ölkə daxilindəndi.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Aftandil Hacıyevin istəyi ilə “Sumqayıt”ın yarımmüdafiəçisi Vüqar Bəybalayev paytaxta köçür. Bu futbolçu ilə danışıqlar yekunlaşıb və yaxın günlərdə müqavilə imzalanacaq.