Ölkə futbolu
Diniyev debütantla anlaşdı
Premyer Liqanın debütantı “Sabah” heyətini formala…
Premyer Liqanın debütantı “Sabah” heyətini formalaşdırmaqla məşğuldu. Baş məşqçi Elşad Əhmədov legionerlərə göz qoymaqla yanaşı, yerli oyunçuların keçidini də reallaşdırmağa çalışır.
Futbolinfo.az xəbər verir ki, artıq bakılıların danışıq apardığı futbolçuların siyahısı məlumdu. Əhmədov keçmiş klubu “Xəzər”in bir neçə üzvünü yanına aparır. Vadim Abdullayev və Novruz Məmmədovun debütanta keçəcəyi dəqiqləşib, eyni zamanda bir neçə futbolçuyla da danışıqlar davam edir.
Tural Qürbətovla Bəxtiyar Soltanovun transferi isə düyünə düşüb. Tural “Sumqayıt”a can atır. Bu klubun icraçı direktoru Zamiq Hüseynov həm də Turalın şəxsi meneceri olduğundan müştərisini yanına aparmağa çalışır, Bəxtiyarın da hələ “Xəzər”lə 2 illik müqaviləsi var.
Əvəzində “Sabah” Kərim Diniyevlə anlaşmaq üzrədi. “Səbail”dən ayrılan yarımmüdafiəçi debütantla danışıqları yekunlaşdırıb və tezliklə məsələ rəsmi təsdiqini tapacaq.