Ölkə futbolu
Qriqorçukun gedişinə sevinən var
Son mövsümü I divizion təmsilçisi "Qarada?…
Son mövsümü I divizion təmsilçisi "Qaradağ Lökbatan"da keçirən Ruslan Tağızadə sosial şəbəkə hesabında maraqlı paylaşımı ilə diqqət çəkib. O, "Qəbələ"dən ayrılan baş məşqçi Roman Qriqorçuk haqda şərh yazıb.
Futbolinfo.az xəbər verir ki, Ruslan vaxtıyla rəhbərliyi altında oynadığı ukraynalı mütəxəssisin gedişinə sevindiyini büruzə verib: "Qəbələ"nin məğlub olmasına görə çox üzüldüm. Amma oyundan sonra bir yazı gördüm və buna çox sevindim. Roman, yaxşı yol. Mənim karyeramı məhv etdin. Bunu sənə kimsə çatdırsa, əla olar. Bil ki, səni hər gün yad edirəm. Ağlımdan heç vaxt çıxmayacaqsan. Səni Allaha tapşırıram".
Qriqorçukun gəlişindən sonra "Qəbələ"dən göndərilən Tağızadənin bu hərəkətinitəqdir etmək olmaz. Qriqorçuk son vaxtlar uğursuz olsa da, onun “Qəbələ”də etdikləri göz önündədi. Ruslan isə səhvi özündə axtarsın. Hazırlığına fikir verməyən bu futbolçu məhz bu səbəbdən heç bir klubda möhkəmlənə bilməyib, hazırda isə divizionda oynayır. Onun karyerasını ukraynalı yox, məhz özü məhv edib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…