Dünya futbolu
Nazarov baş məşqçisiz qaldı
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçis…
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi Almaniyanın “Ersgebirge” klubu baş məşqçisiz qalıb.
Futbolinfo.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisinin çalışdırıcısı Hannes Dryus istefa verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
36 yaşlı mütəxəssis klub rəhbərliyi ilə görüşərək, istefa qərarını onlara bildirib. Rəhbərlik də onunla anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verməli olub.
Hələlik, Aue klubunun yeni baş məşqçisinin kim olacağı bilinmir.