Ölkə futbolu
“Neftçi” üçün yeni sponsor
Yeni mövsümdə çempion olmağı hədəfləyən &ldquo…
Yeni mövsümdə çempion olmağı hədəfləyən “Neftçi”, büdcəni artırmaq üçün əlavə gəlir mənbəyi axtarır. Klub rəhbərliyi bu istiqamətdə ciddi iş aparır və müəyyən nəticələrə nail olub.
Futbolinfo.az xəbər verir ki, tezliklə klub yeni sponsorla müqavilə bağlayacaq. Əcnəbi baş məşqçinin gətirilməsi, eləcə də heyətin səviyyəli oyunçularla gücləndirilməsi üçün əlavə maliyyə dayaqlarına ehtiyac var. Və klub ona ciddi dəstək olacaq belə birini tapıb. Azərbaycan bazarına ayaq açacaq yeni sponsor klubun təlim-məşq bazasında tikinti işlərinin yekunlaşmasına da dəstək olacaq.
Bu xarici şirkətlə danışıqlar yekun mərhələdədi və müqavilənin reallaşması ilə Bakı klubunda bir çox çətinliklər qarşılanacaq. Lakin onlar klubun titul sponsoru olmayacaq, sadəcə, əlavə maddi qaynaq rolunu oynamaqla yanaşı, öz brendlərinin ölkəmizdə möhkəmlənməsinə çalışacaqlar. Bu baxımdan “Neftçi”nin seçilməsi təsadüfi deyil və ən doğru variantdı.
Müqavilə reallaşmadığından adını açıqlamaq istəmədiyimiz bu şirkət futbola biganə deyil və ciddi layihələri ilə tanışıq. Onların “Neftçi”yə də ciddi dəstək olacağı, klubun böhrandan çıxmasında rol oynayacağı şübhə doğurmur. Bakılıların əsas sponsoru SOCAR-dı və klub rəhbərliyi əlavə maliyyə dayaqları tapmaqla ümumi işin daha yaxşı nəticələr verməsi üçün çalışır. Yaxın xaricdən tanıdığımız bu şirkət də daim ən uğurlu klublarla əməkdaşlıq etdiyindən, Bakı klubunun azarkeşləri yaxşı gələcəyə ümid edə bilər.