Ölkə futbolu
“Kəpəz”in də büdcəsi “Səbail”ə verildi
“Səbail” yeni mövsüm Avropa Liqasına vəsiqə …
“Səbail” yeni mövsüm Avropa Liqasına vəsiqə üçün mübarizə aparacaq. Klubun büdcəsi artırılıb və rəhbərlik yeni baş məşqçi Aftandil Hacıyevin qarşısına məhz bu hədəfi qoyub.
Bu səbəbdən Bayıl təmsilçisi təcrübəli yerli futbolçuları heyətə toplamaqa məşğuldu. Üzdə olan ortabab oyunçulara da qapı açan komanda yalnız bu işləri bitirdikdən sonra əcnəbi seçiminə başlayacaq. Rahid Əmirqulievlə Ağabala Ramazanovu rəsmən heyətinə qatan, Vüqar Bəybalayevlə şifahi razılaşan bakılılar digələri ilə də danışıqları davam etdirir.
Klub yerli oyunçuları həm də daha yaxşı maaş təklif etməklə digərlərinin əlindən alır. AFFA-nın diviziona düşən “Kəpəz”ə ayırdığı 1,7 milyon manat da öz himayədarı olan “Səbail”ə əlavə olaraq yönəldilib və büdcə əhəmiyyətli şəkildə artıb. Elə buna görədi ki, Rahid Əmirquliyevə illik 150, Ağabala Ramazanova 100 min manat ödəniləcək.
Rahidin klubun ən ödənişli yerli futbolçu olmasının başqa səbəbləri də var. Bu futbolçu onu “Neftçi” və “Qəbələ”nin də istədiyini deyərək belə müqaviləyə nail olub. Halbuki sözügedən komandalar Əmirquliyevlə maraqlanmayıb. “Qarabağ”da 2 ilinə 800 min manat qazanan yarımmüdafiəçi üçün indiki maaşı gülünc görünsə də, hər halda, karyerasının qürub çağında daha yaxşı variant yox idi.
12 oyunçu ilə vidalaşan “Səbail”in qarşıdakı günlərdə hansı addımlar atacağı maraqlıdı. Klub rəhbərliyi diqqətli olmalı, büdcəni havaya sovurmamalıdı. Ciddi hədəf üçün normal büdcə müəyyənləşibsə, onu israf etmək yox, həqiqətən güclənməyə sərf etmək lazımdı. Klub ancaq oyunçu transferi ilə də kifayətlənməməli, klub kimi böyüməyin qayğısına qalmalıdı. Məsələn, 1 il elitada oynamış klub mövsüm boyu rəsmi saytını ərsəyə gətirə bilmədi. Halbuki böyük uğurlar kiçik detallardan başlayır.
AĞA
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir