Dünya futbolu
Azarkeşlər baş məşqçini döydülər
Odessanın “Çernomorets” klubunun baş məşq&ccedi…
Odessanın “Çernomorets” klubunun baş məşqçisi Konstantin Frolov döyülüb.
Rekord.az xəbər verir ki, hadisə “Poltava” ilə keçirilən cavab qarşılaşmasından sonra baş verib. İlk oyunda 1:0 hesabı ilə qalib gələn “Çernomorets” cavab oyununda 0:3 hesabı ilə məğlub olub. Bu məğlubiyyətdən sonra Odessa təmsilçisi elitanı tərk edib.
Məğlubiyyətdən qəzəblənən “Çernomorets” azarkeşləri acıqlarını baş məşqçidən çıxıblar. Qəzəblənmiş fanatlar mütəxəssisin başına bir neçə zərbə vurublar.
Qeyd edək ki, “Qəbələ”nin baş məşqçi postundan istefa verən Roman Qriqorçuk 2010-2014-cü illərdə “Çernomorets”də işləyib.