Ölkə futbolu
“Qəbələ” azarkeşləri Qriqorçuku təhqirlərlə yola saldı – VİDEO
“Qəbələ”nin Azərbaycan kubokunun finalında “Ke?…
“Qəbələ”nin Azərbaycan kubokunun finalında “Keşlə”yə uduzması “qırmızı-qaralar”ın azarkeşlərinin kəskin narazılığına səbəb olub.
Futbolinfo.az xəbər verir ki, fanatlar sevimli komandalarının doğma meydanda məğlub olmasını həzm edə bilməyiblər.
Azarkeşlər oyunun son dəqiqələrindən etibarən meydana su qabları atmağa və “istefa” şüarları səsləndirməyə başlayıblar.
Qarşılaşmanın ardından isə “Qəbələ”nin azarkeşləri stadionun çıxışında klub rəsmiləri, futbolçular və baş məşqçi Roman Qriqorçukdan hesabat tələb ediblər.
Fanatların qarşısına ilk olaraq kapitan Cavid Hüseynov çıxıb. O, tərəfdarları təsəlli edib. Qriqorçuk stadiondan çıxdıqdan sonra isə azarkeşlər onun ünvanına kəskin ifadələr işlədiblər.
Ukraynalı mütəxəssis bu ifadələri cavabsız qoyub. “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov isə azarkeşlərin qarşısına çıxaraq, onların etirazlarına qulaq asıb və fanatları sakitləşdirib. (komanda.az)
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir