Dünya futbolu
Ulduz futbolçuya qarşı 1 milyard avroluq təzminat davası
Misirli vəkil Bassem Vəhba “Real”ın futbolçusu S…
Misirli vəkil Bassem Vəhba “Real”ın futbolçusu Serxio Ramosa qarşı bir milyard avro həcmində təzminat davası açıb.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə vəkil özü danışıb:
“Ramos qəsdən Salahı zədələyib, buna görə də cəzalandırılmalıdı. FİFA-ya şikayət edərək iddia qaldırmışam. Ramosun Salah və Misir xalqına fiziki və psixoloji cəhətdən zərbə vurması ilə bağlı həcmi bir milyard avro təşkil edən təzminat tələb edirəm”.
“Real”ın kapitanı Serxio Ramos Çempionlar Liqasının final matçında “Liverpul”un misirli forvardı Məhəmməd Salahı zədələyib. Bundan sonra Salah oyunu vaxtından əvvəl – 30-cu dəqiqədə tərk etməli olub.
Oyun “Real”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir