Dünya futbolu
“Traktorsazi” satıldı!
Təbrizin “Traktorsazi” futbol klubu satılıb.
Futboli…
Təbrizin “Traktorsazi” futbol klubu satılıb.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, klubun mülkiyyəti ilə əlaqədar bəzi mübahisələrə baxmayaraq, İnqilab Keşikçiləri Korpusu (Sepah) “Traktorsazi”nin satış prosesini başa vurub.
Klubun icraçı direktoru Abbas İlyas mətbuata açıqlamasında klubun satılmasını təsdiqləyib. O, bu barədə açıqlamanın bir qədər yubanmasını təhvil-təslim işlərinin uzanması ilə əlaqələndirib. O, həmçinin qeyd edib ki, klubun liderliyi üçün əllərindən gələni edirlər:
“Azarkeşlərimiz oyunçu transferi məsələsində narahat olmamalıdılar. Çünki klubun gələcəkdəki liderliyi üçün çalışırıq. Yeni məşqçi və oyunçuların alınması məsələsində müzakirələr aparırıq. Yəqin ki, baş məşqçi əcnəbi olacaq”.
Cənubi Azərbaycanda türk kimliyinin simvolu kimi tanınan “Traktorsazi”nin yeni sahibi – təbrizli iş adamı Məhəmməd Rza Zunuzi İranın ən zəngin 10 adamından biri kimi tanınır. O, həmçinin Təbrizin “Maşinsazi” və “Polad” klublarının sahibidi.
“Traktorsazi”nin “sükanı arxasında” ən son türkiyəli mütəxəssis Ərtuğrul Sağlam olub.
Təbriz təmsilçisi son mövsümü 34 xalla 10-cu pillədə vurub.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir