Ölkə futbolu
Koçuk: “Azərbaycana oyun təcrübəsi toplamağa getmişdim”
“Azərbaycan çempionatına oyun təcrübəsi toplama?…
“Azərbaycan çempionatına oyun təcrübəsi toplamağa getmişdim. Buna da nail oldum. İndi isə Slovakiyaya qayıdacağam”.
Futbolinfo.az xəbər verir ki, bu fikirləri "Səbail"də icarə əsasında çıxış etmiş, Moldova milli komandasının futbolçusu Yevgeni Koçuk deyib.
Paytaxt təmsilçisinin qış fasiləsində Slovakiyanın "Jilina" klubundan icarəyə götürdüyü və mövsüm bitəndən sonra geri qaytardığı 25 yaşlı yarımmüdafiəçi hazırda yığmanın düşərgəsində yer alıb. Konqo və Ermənistan yığmalarıyla Avstriyada keçiriləcək yoldaşlıq görüşlərinə dəvət alan Koçuk özünü əla hiss etdiyini və əhval-ruhiyyəsinin yaxşı olduğunu bildirib:
“Bakıda dostlarım, futbolçu yoldaşlarım ora getməmişdən var idi. Getdikdən sonra onların sayı çoxaldı. Azərbaycanda ünsiyyətlə bağlı problemim olmadı. Demək olar ki, hamı rusca bilir. Hazırda özümü daha yaxşı, daha inamlı hiss edirəm. Bu da ona görədi ki, klubda yetərincə oyun praktikam vardı. Bu 1 ildə hər şey mənim üçün yaxşılığa doğru dəyişib".
Moldovalı oyunçu kifayət qədər oyun təcrübəsi qazandığı üçün özünü daha yaxşı və inamlı hiss etdiyini söyləyib: “Bir il ərzində məndə hər şey ən yaxşı tərəfə dəyişdi”.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir