Dünya futbolu
Şeydayevin klubu yeni baş məşqçisini açıqladı
Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşq&c…
Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisinin kimliyi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Rza Çalımbayla yollarını ayıran Super Liqa təmsilçisi Ünal Karamanla anlaşıb. Bu barədə Trabzon klubunun mətbuat xidməti məlumat yayıb.
Karaman son olaraq Super Liqa ilə vidalaşan “Karabükspor”da baş məşqçi olub. O, futbolçu karyerası dönəmində uzun illər “Trabzonspor”da oynayıb, 2009-2013 illər aralığında isə bu komandanın məşqçilər korpusunda yer alıb.
Qeyd edək ki, son mövsümü icarə əsasında “Qarabağ”da keçirən Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev də müqavilə ilə “Trabzonspor” məxsusdu. Böyük ehtimalla millimizin üzvü ilə bağlı yekun qərarı məhz Ü.Karaman verəcək.