Dünya futbolu
Super Liqa klubunda yeni baş məşqçi
Türkiyənin “Sivasspor” klubunun yeni baş məşq&cce…
Türkiyənin “Sivasspor” klubunun yeni baş məşqçisi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Tamer Tuna çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Tuna tezliklə Sivasa gələcək və 1 illik müqaviləyə imza atacaq.
Xatırladaq ki, son mövsümdə “Göztəpə”ni çalışdırmış bu mütəxəssis 2014/15 mövsümündə “Sivasspor”da köməkçi məşqçi kimi çalışıb.
“Sivasspor”u isə son ilyarımda Samet Aybaba çalışdırırdı. O, ötən gün “Bursaspor”un baş məşqçisi təyin olunub.