Dünya futbolu
La Liqaya yeni baş məşqçi ilə
Növbəti mövsümdən İspaniya La Liqasında mübari…
Növbəti mövsümdən İspaniya La Liqasında mübarizə aparmaq hüququ qazanan “Hueska” klubuna yeni baş məşqçi təyin olunub.
Futbolinfo.az xəbər verir ki, debütant argentinalı Leo Frankoya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, bir vaxtlar Türkiyənin “Qalatasaray” klubunun da şərəfini qorumuş Leo Franko futbolçu karyerasını 2016-cı ildə məhz “Hueska”da başa vurub.
“Hueska” hazırda İspaniya Birinci Divizionunda sona bir tur qalmış 75 xalla ikinci pillədə qərarlaşıb. Bu komandanı lider “Rayo Valyekano”dan cəmi 1 xal ayırır.