Ölkə futbolu
Əliyar Ağayev FİFA-nın birinci kateqoriyasına yüksəldi
Əliyar Ağayev FİFA-nın birinci kateqoriyalı hakimlər qrupuna y&u…
Əliyar Ağayev FİFA-nın birinci kateqoriyalı hakimlər qrupuna yüksəlib.
Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı Peşəkar Futbol Liqası yayıb.
Bir neçə ildi ki FİFA referisi olan, beynəlxalq oyunlara təyinat alan Əliyar Ağayev yüksək səviyyəli idarəçiliyinə görə birinci kateqoriyaya layiq görülüb. O, müstəqillik dövründə bu pilləyə yüksələn ilk azərbaycanlı hakimdi. Əliyar Ağayev bundan sonra daha mühün turnirlərin görüşlərinə təyinat alacaq.