Ölkə futbolu
“Qəbələ”dən Xorvatiyada 1 qələbə, 1 heç-heçə
“Qəbələ”nin U-17 komandasının da iştirak etdiyi 66-c…
“Qəbələ”nin U-17 komandasının da iştirak etdiyi 66-ci Kvarnerska Riviyera turnirinə start verilib.
Futbolinfo.az xəbər verir ki, Xorvatiyanın Riyeka şəhərində təşkil olunan yarışda hər komanda U-18-in üç üzvündən də yararlanmaq hüququna malikdi. “Qəbələ” qrup mərhələsinin ilk turunda Sloveniya təmsilçisi “Domjale” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.
İkinci oyununu “Omişal”a qarşı keçirən “qırmızı-qaralar” meydanı qələbə ilə tərk edib – 2:0. Komandamızın qollarına Kamran Quliyev və Məhəmməd Abbaslı imza atıb.
İlk iki turdan sonra 4 xala malik “Qəbələ” 2-ci pillədə qərarlaşıb. “Osiyek”in 6, “Domjale”nin 1 xalı varsa, “Omişal” hər iki matçda uduzub.
Bu gün keçiriləcək son turda “Qəbələ”nin rəqibi “Osiyek” olacaq.