Dünya futbolu
Premyer Liqa klubu baş məşqçisi ilə müqavilə yenilədi
İngiltərənin “Haddersfild” klubu baş məşqçisi…
İngiltərənin “Haddersfild” klubu baş məşqçisi David Vaqnerlə yeni müqavilə bağlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı Premyer Liqası təmsilçisinin mətbuat xidməti yayıb. Xəbərdə 46 yaşlı mütəxəssislə 2019-cu ildə bitəcək müqavilə müddətinin 2021-ci ilə kimi artırıldığı qeyd edilib.
Xatırladaq ki, almaniyalı mütəxəssis 2015-ci ildən “Haddersfild”in “sükanı arxasında”dı. Komanda onun rəhbərliyi altında Premyer Liqanın son mövsümünü 20 komanda arasında 16-cı pillədə başa vurub.